Zakir Tağıyevdən şok açıqlama -Video
16-01-2014, 06:30
Oxunub: 6 450
İzi itirmək üçün qızıl dəvənin “kopiya”sını düzəldiblər..
“Qafqaznews.az” saytı bir neçə gün öncə “Qızıl dəvə əfsanəsi” adlı araşdırma yazısı dərc eləmişdi. Qısa xatırlatma üçün bildirək ki, prezidentliyə keçmiş namizəd, biznesmen Zakir Tağıyev ötən əsrin 90-cı illərin əvvəlində heykəltaraş Rahib Həsənova öz ofisi üçün dəvə heykəli düzəltməyi sifariş vermişdir. Zakir Tağıyev xeyli vəsait xərcləyəndən sonra Moskvada qızıl dəvə heykəli hazırlanır. Onu da bildrək ki, heykəlin hazırlanması üçün əvvəlcədən Zakir Tağıyevlə Rahib Həsənov arasında müqavilə bağlanıb.
Dəvənin hazırlanmasında xeyli qızıl materialından istifadə edilib. Dəvə hazır olandan sonra Zakir Tağıyevin ofisində yerləşdirilib. Zakir Tağıyev heyləkin onun əmlakı olması barədə müvafiq qurumlardan hüquqi sənəd alıb.
Ancaq 1995-ci ildə Baş prokurorkuğun əməkdaşları ( o zaman Eldar Həsənov baş prokuror idi ) Zakir Tağıyevin ofisində əməliyyat-axtarış tədbiri keçirəndə qızıl dəvə yoxa çıxır.
Üstündən neçə il keçəndən sonra qızıl dəvənin sorağı Dubaydan gəlir.
“Qafqaznews.az”-a daxil olan məlumata görə qızıl dəvənin “yeni sahibi” özgə malını Dubayda satarkən “ilişiir”. Belə ki, qızıl dəvəni qiymətləndirmək üçün Amerikadan gələn ekspert ona 6 milyon 800 min US dolları qiymət qoyur. Ancaq satış zamanı Dubay polisi malın əsl sahibinin Zakir Tağıyev adlı şəxs olduğunu müəyyən edir. Çünki Zakir Tağıyev vaxtında öz əmlakı olan dəvəni sənədləşdirmişdi, hətta dəvə bir dəfə Fransanın sərgisində Zakir Tağıyevin əmlakı kimi nümayiş olunmuşdu. Və dəvəni satmaq istəyənlər güclə canlarını qurtarıb Bakıya qayıdırlar.
Sonradan qızıl dəvənin “kopiya”sı barədə qərar qəbul edirlər. Məqsəd “orjinal”ın izini itirmək olub. Qızıl dəvənin əsl sahibi Zakir Tağıyevlə telefon söhbətimizdə o da bir çox qaranlıq məqamlara işıq saldı. Qızıl dəvəni Dubayda satmaq istəyənlərin kimliyi barədə növbəti sayımızda Zakir Tağıyevin şok açıqlamasını oxuya bilərsiniz. Zakir Tağıyev onu da bildirdi ki, yaxın günlərdə məhkəməyə müraciət etməyə hazırlaşır...
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər