“Rövşən Lənkəranski”nin dostu həbs edildi
4-09-2011, 12:40
Oxunub: 7 059
Məşhur kriminal avtoritet Mamuka Mikeladze bu günlərdə Moskva ətrafında həbs olunub.
“Qanuni oğru”nun üst-başına baxış keçirən əməliyyatçılar onun üzərindən 4,8 qram heroin aşkar edib. Bu haqda vesti.az məlumat yayıb. Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, M.Mikeladze avqustun 31-də Moskva vilayətinin Odintsovo rayonundakı “Yerşovo” istirahət mərkəzinin yaxınlığında tutulub. M.Mikeladze barədə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsinin (narkotik maddələri satış məqsədi olmadan qanunsuz olaraq əldə etmə və saxlama) 2-ci hissəsi ilə cinayət işi başlanıb. Rusiya polisi narkotiklərin “qanuni oğru”ya ötürülməsi yollarını araşdırır.
M.Mikeladze digər nüfuzlu kriminal avtoritet Aslan Usoyanla (“Ded Xasan” ləqəbi ilə tanınır) münaqişədə iştirakına görə məşhurdur. Belə ki, “Ded Xasan” Moskvanın Çerkizov bazarını və meyvə-tərəvəz bazalarını öz nəzarətində saxlayan azərbaycanlı qruplaşmanın başçısı, məşhur azərbaycanlı avtoritet Rövşən Canıyevi (“Rövşən Lənkəranski” kimi tanınır) Moskvadan sıxışdırıb çıxarmağa çalışmışdı. Lakin M.Mikeladze və digər gürcü “qanuni oğru” Cemo bu münaqişədə “Ded Xasan”a qarşı çıxaraq “Rövşən Lənkəranski”ni dəstəkləmişdi. “Ded Xasan”ın rəqibləri onun ölümünü ekstremist qruplaşmalardan olan killerə sifariş versə də kriminal avtoritet bu sui-qəsddən sonra sağ qalmışdı.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər