Polat alemdara irad tutublar
4-09-2011, 14:55
Oxunub: 6 855
Türkiyə Dövlət Radio və Televiziya İdarəsinin rəhbəri Davut Dursun məşhur “Kurtlar Vadisi” serialında Polat Alemdarı canlandıran Necati Şaşmazı təəccübləndirən tələblə çıxış edib.
Bolgexeber.com Türkiyə mətbuatına istinadən yazır ki, Dursun Şaşmazdan “heç olmasa bir seriyada da problemləri silahsız həll edin!” tələbini irəli sürüb.
“Filmlərdə hər şey ola bilər, lakin hər şey gərək qədərində olsun” deyən Dursun seriallarda döyüş səhnələrinin həddindən artıq olmasından şikayətlənib. O, Polat Alemdar rolunu canlandıran Necati Şaşmazla aralarında olan söhbəti belə açıqlayıb.
“ “İstanbul Bağcılar”dakı tədbirdə bir yerdə idik. O da tədbirə məruzəçi kimi gəlmişdi, mən də. Oradan çıxarkən ona dedim: “Allah xatirinə, bir seriada, heç olmasa bir gün problemləri danışıq yolu ilə həll edin. Bütün problemləri silahla həll edirsiz. Nə oldu, elə silahdan atəş açırsız. Problemləri müzakirə yolu ilə həll etməyə çalışın. Hər bir məsələni silahla həll etməyin”. Təbii ki, əvvəlcə Necati sözümdən çaşdı və gülümsəyərək: “Səndəmi, cənab?”, - dedi”.
“Kurtlar Vadisi” kimi seriallarda silah olmadan filmin heç bir marağı olmur söyləyən Dursun hər saniyə silahdan istifadə etməyin də yaxşı olmadığını deyib. “Əlbəttə “Kurtlar Vadisi”ni silahsız təsəvvür etmək mümkün deyil. Amma, hər bir problem silahla həll edilmir axı. Axı serialı izləyənlər, ələlxüsus uşaqlar elə düşünürlər ki, silah bütün problemlərin həll yoludur. Silah yalnız döyüşdə lazımdır. Amma siz silahdan gündəlik həyatda istifadə edirsiniz. Bunun da marağı qaçır”, - deyə o bildirib.
Qeyd edək ki, Dursun Türkiyənin baş nazirinin müavini Bülənt Arınçın “Ürəyim bulanır” dediyi evlilik proqramlarına da münasibət bildirib. O yeni mövsümdə bu tip verilişlərə “qadın qüruru” gətirəcəklərini deyib. “Burada bir problem var idi. Çox təəssüf, onu hələ ki, həll edə bilməmişik. Son dərəcə ucuz və vaxt aparan proqramlar 4 saat davam edir. Amma verilişdə ancaq maraqlı anlar izlənilir. Yeni mövsümdə bəzi dəyişikliklər ediləcək. “Ailə qurulması, insan qüruru və qadın istismarı” məsələlərinə daha çox diqqət yetiriləcək. Bəzən verilişlərdə insan qüruru tapdanır. Gərək bu proqramlarda ictimai fikirlər də nəzərə alınsın. Bəziləri verilişlərin bağlanmasını istəyir, bəziləri isə yox. Yeni mövsümdə çalışacağıq ki, bütün istək və fikirlər nəzərə alınsın”, - deyə o vurğulayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər