Prezidentliyə namizədlər agent çıxdı
28-09-2011, 18:10
Oxunub: 6 892
Bolqarıstanda prezident seçkilərində iştirak edən 4 namizəd haqqında dosye açıqlandı
Bolqarıstanda oktyabrın 23-də keçiriləcək prezident seçkilərində iştirak edən namizədlərdən 4-ü barədə şok məlumatlar ortaya çıxıb. Bolgexeber.com xəbər verir ki, seçkidə iştirak edən 36 namizəddən 4-nün kommunist hakimiyyəti dövründə Bolqarıstan Kəşfiyyat Xidmətində (DS) ştatlı agent işləyiblər.
Parlamentin qərarı ilə yaradılan və dövlət rəsmilərinin keçmişini araşdıran komissiyanın üzə çıxardığı bu fakt nəticəsində məlum olub ki, Bolqarıstanın keçid dövrünün ilk illərində iflas edən bir bankın rəhbəri olmuş prezidentliyə namizəd Ventsislav Yosifovun «İliev» və VMRO Partiyasının lideri Krasimir Karakaçanovun isə «İvan» kod adı ilə kəşfiyyata işləyiblər.
Eyni şəkildə, cinayətkar dəstə yaratmaqda ittiham olunan və hazırda məhkəməsi gedən keçmiş xüsusi təyinatlı dəstənin rəhbəri Aleksey Petrov ilə Bolqarıstan Xilas Cəbhəsi adlı təşkilatın namizədi Stefan Solakovun da keçmiş agent olduqları üzə çıxıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər