Rusiyada Azərbaycan əsgərinin cəsədi tapıldı
29-04-2014, 10:55
Oxunub: 5 037
Rusiyanın Krasnodar vilayətinin Krım rayonunun Sauk-Dere qəsəbəsi yaxınlığında Böyük Vətən müharibəsi zamanı döyüşlərdə həlak olmuş azərbaycanlı əsgərin cəsədinin qalıqları tapılıb.
«Komsomolskaya Pravda» qəzetinin verdiyi məlumata görə, «Rusiya axtarış hərəkatı»nın Kuban bölməsinin rəhbəri Aleksandr Şepelyov bildirib ki, aşkarlanmış insan qalıqlarının yanında heç bir sənəd olmayıb.
Yalnız metal mehtərənin (yemək qabı) qapağında bıçaqla cızılmış Mahmudov soyadı həmin skeletin tədqiqi üçün imkan yaradıb.
"Kuban müharibə meydanı" axtarış sistemləri və arxiv materialları əsasında həlak olmuş əsgərin əslən Azərbaycandan olan, 1912-ci il təvəllüdlü Mahmudov Hacıverdi Canəhməd oğlu olduğu müəyyən edilib. O, 1941-ci ildə Siyəzən rayon komissarlığından Qızıl Orduya çağırılıb.
H.Mahmudov 1943-cü ilin yayında döyüşlərə Kubanda başlayıb. 7 avqust 1943-cü il tarixində döyüşlərdə göstərdiyi igidliyə görə həmin il avqust ayının 13-də «Qırmızı Ulduz» ordeni ilə təltif olunub. Təltif olunduğu gün H. Mahmudov döyüşlərdə itkin düşüb və onun ailəsinə bu barədə bildiriş göndərilib.
Hadisədən 71 il sonra H. Mahmudovun oğluna atasının qalıqlarının tapıldığı barədə məlumat verilib. «Rusiya axtarış hərəkatı»nın Kuban bölməsinin rəhbəri A.Şepelyov bildirib ki, H. Mahmudovun qalıqlarının basdırılması üçün vətəninə göndərilməsi, onun təltif olunduğu mükafatın isə varislərinə verilməsi nəzərdə tutulur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər