BolgeXeber.Com » Dünya » 5 ildir heçnə yeməyən qız

5 ildir heçnə yeməyən qız

5-05-2014, 14:55
Oxunub: 4 694 19 yaşlı Ayllah-Bo Folley adlı gənc qız 5 ildir heç nə yemir.

Qəribə səslənsə də, bu, həqiqətdir. Talesiz gənc qız 5 ildir boynuna taxılan boru vasitəsiylə qidalanır.

Gənc qızın bu hala düşməsinin səbəbi mədəsinin iflic olmasıdır. Mədəsi iflic olduğu üçün Ayllah qidaları yeyə bilmir.

5 il əvvəl Hindistana səfərdən qayıtdıqdan sonra mədəsində problem yaranan Ayllah bunun sadəcə adi bir zəhərlənmə olduğunu düşünüb.

Ancaq vəziyyət daha ciddi hala gəlib. Həmin gündən də mədəsi iflic olduğu üçün yemək yeyə bilmir. Sadəcə ona uyğun vitaminləri boynundan asılan boruyla qəbul edir. Çətin həyat yaşayan Ayllah buna görə heç vaxt ailəsiylə birgə yemək yemədiyini, dostlarıyla gəzməyə çıxmadığını deyib.

5 il əvvəl məktəb yoldaşlarıyla sevinclə getdiyi Hindistan səyahətindən sonra həyatı kabusa dönən Ayllah nə vaxtsa bu qorxunc xəstəliyə qalib gələcəyini düşünür.








Bolgexeber.com