BolgeXeber.Com » Dünya » Bəşər Əsəd qələbə çaldı

Bəşər Əsəd qələbə çaldı

11-05-2014, 10:45
Oxunub: 4 943 Suriyada müharibə başlayandan bəri Bəşər Əsədin ən böyük qələbəsi kimi qəbul edilir.

Bu gün Bəşər Əsədə bağlı hökumət qüvvələri Homs şəhərini silahlı üsyançılardan tam təmizlədikdən sonra Suriya prezidenti qaçqınlara müraciət edib. Homs artıq təhlükəsiz şəhər elan edilib və Bəşər Əsəd şəhəri tərk edən əhalini öz evlərinə dönməyə çağırıb.

Məlumata görə, Homsu üsyançıların 2183 döyüşçüsü tərk edib və şəhər başdan-başa hökumət qüvvələrinin əlinə keçib. Bu, Suriyada müharibə başlayandan bəri Bəşər Əsədin ən böyük qələbəsi kimi qəbul edilir.

Xatırladaq ki, şəhər uğrunda iki ildir müharibə gedir. Bu müddət ərzində Homs demək olar ki, büsbütün dağılıb. Müharibədən ziyan görməyən bir yaşayış evi tapmaq mümkün deyil.