BolgeXeber.Com » Dünya » Azərbaycan telekanalı Türkiyədəki zəlzələnin mərkəzindən xəbər verir - VİDEO

Azərbaycan telekanalı Türkiyədəki zəlzələnin mərkəzindən xəbər verir - VİDEO

26-10-2011, 15:00
Oxunub: 5 562 "Kanal S"-in Türkiyəyə ezam olunmuş müxbiri Pərviz Məmmədov hadisə yerindən, Vandan son məlumatları çatdırmaqda davam edir.

Son məlumatlara görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 459, yaralıların sayı isə 1352 olub. Axtarış və xilasetmə işləri davam etdiyindən ölü və yaralı sayının çoxalacağı istisna edilmir. Azərbaycan xilasediciləri də Türkiyənin zəlzələ baş verən bölgəsində xilasetmə işlərini davam etdirirlər. Azərbaycan xilasediciləri tərəfindən ümumilikdə 10 nəfər xilas edilib və 23 cəsəd dağıntılar altından tapılaraq çıxarılıb. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Həmçinin Türkiyə hökuməti Van zəlzələsinin nəticələrini aradan qaldırmaq üçün digər dövlətlərə müraciət edib. Hökumət adından yazılı müraciət 30 dövlətə göndərilib. Bu ölkələrdən biri də İsraildir. Türkiyə hökuməti çadırlar, yığma evlər və tikinti materiallarına ehtiyac olduğunu bildirib. Bu arada ötən gün yerli vaxtla 17:55-də Türkiyənin Van əyalətində yenidən zəlzələ olub. Zəlzələ 5,4 bal gücündə qeydə alınıb.


[youtube]http://www.youtube.com/watch?v=AULN8EpWepA&feature=player_embedded[/youtube]