Qəddafinin gəlini: “Qəddafi “silikonlu sarışınlar”ı sevirmiş”
27-10-2011, 18:40
Oxunub: 10 644
Qəddafinin gəlinindən şok açıqlamalar.Qəddafi rus qadınlarla əlaqədə olurdu
Bolgexeber.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiyanın “Komsomolskaya” qəzeti Liviyanın devrilmiş lideri Qəddafinin ukraynalı gəlini Nadejda Qəddafi ilə görüşərək, bununla bağlı xəbər yazıb. Moskvada müxbirin suallarını cavablayan gəlin Liviyalı ərinin onu sərvətlər içərisində yaşatdığını, Qəddafinin həyat qadınları ilə olan əlaqəsini, əri Səid Əl İslamın onu pilləkəndən itələdikdən sonra 47 gün komada olduğunu deyib.
Nadejda Qəddafinin danışdıqları olduqca diqqət cəlbedicidir.
“Rasputin” adlı striptiz klubunda işləyərkən Alik adlı oğlanla görüşməyə başladım. Mənə ev kirayə tutdu, bütün lazımi ehtiyaclarımı ödədi və hər gün 500 dollar xərclik verdi. Mən də bu pulları yığaraq özümə Moskvada ev aldım. Sonra Alik itdi. Tanışlardan onun Orta Afrikaya getdiyini öyrəndim. Onunla görüşdüyüm anlarda çox insanlarla tanış olmuşdum.
2005-ci ildə Qəddafinin oğlu Səidlə bahalı saatların satıldığı mağazada tanış oldum, ona telefon nömrəmi verdim. Soyadının Qəddafi olduğunu heç bilmirdim. Uzun müddət onu sadəcə Səid kimi tanıdım. O vaxtlar başqa insanla evliydim. Səid mənə zəng edib “Hər şeyi burax, Vyanaya-yanıma gəl!” təklifini etdi və mən də bunu qəbul etdim. Bir neçə gün sonra isə ərim mənə zəng edərək “Sən kiminlə yaşadığını bilirsənmi? O adam Qəddafinin oğludur!” deyə bağırdı. Daha sonra bir gün Səid mənə dedi ki, Liviya gedək. Səni orada ailəmlə tanış edəcəm. Mən də razılaşdım.
Aeroportda hər kəs ona təzim edirdi. Lakin yolu ayrılıqda getdik. İki nəfər üzərimə örtük ataraq məni maşına mindirdi. Həmin adamlar çox zəngin bir malikanədə qalırdılar. Evin ətrafında ilanlar gəzirdi, hovuzda timsahlar var idi. Bir dəqiqə belə tək qala bilmirdim. Səidin adamları bütün günü ətrafımda gəzişirdilər. Ərimin hesabıyla yeyib-içir, həyat qadınlarıyla gəzirdilər.
Bir müddət sonra məni Səidin xalasının işlədiyi xəstəxanaya apararaq orada bakirəliyimi yoxladılar. Sonra müsəlman oldum. Səid məşuqələrini məndən gizlətmirdi. Məşuqələri tez-tez bizə gəlirdilər. Əvvəllər buna etiraz etsəm də, sonra bununla barışmalı oldum.
Səid 2 il öncə Ukraynadakı bir gözəllik müsabiqəsinin sponsoru oldu və qızları mən seçməli oldum. Bu qızlardan bəziləri ərimlə əlaqə qurdular, məşuqəsi oldular. Müəmmar Qəddafi də rus qadınlarla əlaqədə olurdu. Oğlundan fərqli olaraq, o, “silikonlu sarışınlar”a üstünlük verirdi.
Daha sonra başıma başqa əhvalatlar da gəldi. Belə ki, ciddi mübahisələrimizdən sonra Liviyanı tərk edərək Kiprə-anamın yanına getdim. Səid mənə zəng edərək ” Sənsiz bacarmıram” deyərək ağladı. Amma mən onun yanına getmədim. Bundan bir həftə sonra Donetskdə yaşayan qardaşımın oğlu qaçırıldı və daha sonra uşağı geri qaytardılar. Səid məni bununla qorxutmaq istədi və dedi ki, Ukraynada onun hər dediyini edəcək insanlar var.
Səid onun evində işləyən insanlarla alçaldıcı hərəkətlər edirdi. Məni də ayağını masaj etməyə məcbur edərdi. Bəzən bu cür masajlar 4 saata qədər davam edərdi. Xüsusilə, jurnalistlərə müsahibə verərkən masaj etdirməyi sevərdi.
Səid ad günümdə evə 20 ukraynalı həyat qadınını gətirdi. Və mənə dedi ki, bunu sənin üçün etmişəm. Yəqin öz həmvətənlərinlə birlikdə vaxt keçirmək istəyərsən. Ərim məni 12-ci pilləkəndən itələdi. 47 gün komada yatdıqdan sonra özümə gəldim. Onun soyadını üzərimə götürdüm. Adım Nadejda Qəddafi oldu Bütün bunlar məni çox yormuşdu və həm də qorxurdum. Lakin heç nəyə baxmadan əşyalarımı topladım və xəbər vermədən Moskvaya döndüm”, – Nadejda Qəddafi bildiri
Çox Oxunanlar
- 22-02-2025, 16:53 : Xəsarət alanların sayı 165-ə çatdı
Xəbərlər / Ölkə
- 20-02-2025, 17:32 : İrəvan aktiv şəkildə silah alır- Nə baş verir?
Dünya / Xəbərlər
- 26-02-2025, 17:44 : Bərdə Rayon İcra Hakmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 33 illiyinə həsr edilmiş tədbir keçirilib
Bölgə / Xəbərlər
- 4-03-2025, 17:50 : Ombudsman Arutyunyan və Vardanyana başsağlığı verdi
Xəbərlər / Ölkə
- 21-02-2025, 20:02 : Şaxtalı hava nə vaxta kimi davam edəcək?
Xəbərlər / Ölkə
- 22-02-2025, 14:27 : Trampdan Qəzza planı ilə bağlı qalmaqallı AÇIQLAMA
Dünya
- 18-02-2025, 14:46 : Məşhur cütlüyü şantaj edən şəxs həbs edildi
Şou-Biznes / Xəbərlər
- 20-02-2025, 14:24 : ATV yayımı dayandırır
Şou-Biznes
- 19-02-2025, 17:52 : Azərbaycan Avraviziyada hansı mahnı ilə çıxış edəcək?
Şou-Biznes / Xəbərlər
- 26-02-2025, 12:43 : Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib
Bölgə / Xəbərlər