Dünya əhalisi 7 milyard oldu
31-10-2011, 11:40
Oxunub: 7 367
Yer kürəsində insanların sayı dünən 7 milyarda çatdı. Planetimizin 7 milyardıncı sakini Filippində doğulub.
Birləşmiş Millətlər Təşkilatının (BMT) ekspertlərinin dediklərinə görə, Filippinin yeni vətəndaşı Danika Mey Kamaço rəsmən dünyanın 7 milyardıncı sakini sayılıb.
Bolgexeber.com CNN-ə istinadən bildirir ki, körpə qızın atası Florante və anası Kamilla övladlarının dünyaya gəlməsi ilə bahəm, onun Yerin 7-ci milyardıncı sakini olmasına həddən ziyadə sevinirlər.
Qürurlu ata Florante Qaluranın dediyinə görə, özünü dünyanın ən bəxtəvər insanı hesab edir.
Danika Mey oktyabrın 30-da, gecə saat 23.58-də Filippinin paytaxtı Maniladakı "Jose Fabella Hospital" dövlət xəstəxanasında doğulub.
Danika dünyaya gələndən az sonra jurnalistlərə məlumat verilib ki, dünyanın 7 milyardıncı sakini doğulub.
"Balam çox gözəldir. İnana bilmirəm ki, qızhım dünyanın 7 milyardıncı sakinidir", - Kamilla Dalura deyib.
Bir qədər sonra isə BMT-ninin Filippindəki rəsmi nümayəndəliyinin əməkdaşları Danikanın valideynlərinə üzərində "7 milyardıncı filippinlidir" yazılmış tort təqdim ediblər.
Valideynlərə başqa hədiyyələr də verilib.
Belə ki, yerli xeyriyyə təşkilatları və iş adamları balaca Danikanın təhsil xərclərinin tamamilə ödənməsi üçün fond yaradıblar. Eyni zamanda, körpə qızın atasına kiçik biznesə başlamaq üçün güzəştli kredit və ilkin kapital da verilib.
Xatırladaq ki, 1999-cu ildə Filippində anadan olmuş Lorris Mey Gevarra dünyanın 6 milyardıncı sakinim sayılmışdı.
Filippinin səhiyyə naziri Enrike Onanın dediyinə görə, Danikanın anadan olması eyni zamanda onune ölkəsini əhalinin ən sürətlə artdığı dövlətlər sırasına qatıb.
Hazırda Filippin 94,9 milyon nəfərlik əhali ilə dünyada 12-ci yeri tutur.
BMT-nin UNFPA təşkilatının ekspertlərinin hesablamalarına görə, Filippin dünyanın "ən gənc" əhalisinə malik dövlətlərindən biridir. Bu dövlətdə vətəndaşların 54 faizinin yaşı 25-dən artıq deyil.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər