Bu gün bürcünüz nə vəd edir?
24-06-2014, 08:15
Oxunub: 4 248
QOÇ – Yalnız maliyyə məsələlərinin həllində uğur qazana bilərsiniz
Hansısa riskli hərəkət və ya yeni işə başlamaqsa uğursuzdur. Ailə üzvlərinizlə, dostlarınızla mübahisəyə yol verməyin.
BUĞA - Saat 16:05-ə qədər mənfi enerjili Ayın bürcünüzdə qərar tutması səbəbindən ovqatınız aşağı ola bilər. Amma reallığa obyektiv qiymət verməklə çıxış yolu tapa bilərsiniz. Həmkarlarınızla mülayim davranın.
ƏKİZLƏR - Uğurlu gün hesab etmək olar. Ötən on gündə yığdığınız gərginlik xeyli səngiyəcək. Günün ikinci yarısında maraqlı görüş və qonaqlıqlarda iştirakınız da gözlənilir. Məğrur olun.
XƏRÇƏNG - Bürcünüzün "hakimiyyət kürsüsündə" tam əyləşməsi qarşınızda ciddi seçim qoyacaq. İndi konkret addım atmaq yox, yalnız götür-qoy etmək lazımdır. Yeni əlaqələrə isə can atmayın.
ŞİR - Ruhunuzu bürüyən gərginliklə mübarizədə daxili rahatlığınızı bərpa edə biləcəksiniz. Bunun üçün maraqlı ünvanlarda olmağınız da vacibdir. Qlobal məsələləri məhz bu gün planlaşdırın.
QIZ - Qarşınızda sürpriz dolu bir təqvim dayanıb. Odur ki, passivlik göstərməməli, bütün enerjinizi nəzərdə tutduğunuz planların həlli istiqamətinə yönəltməlisiniz. Axşam mübahisədən çəkinin.
TƏRƏZİ - Sağlamlığınızla bağlı əmələ gəlmiş problemləriniz azalacaq. Amma günün birinci yarısında daha çox istirahət etməlisiniz. Nahardan sonra isə varlanma ehtimalınız mümkündür.
ƏQRƏB - Planetlərin bürcünüzdəki müsbət düzümü bu təqvimi romantik tərzdə başa vuracağınıza dəlalət edir. Ən azı iki istiqamətdən sevindirici xəbər ala bilərsiniz. Saat 19-21 aralığında isə ehtiyatlı olun.
OXATAN - Qızğın iş günü olsa da, əsas vaxtınızı istirahətə həsr edin. Yeni əməkdaşlıq haqqındakı planlarınızı müvəffəqiyyətlə başa vurmaq istəyirsinizsə, yaxşı-yaxşı götür-qoy edin.
OĞLAQ – Təxminən saat 14-ə qədər istirahət etməyiniz məsləhətdir. Onsuz da həmin ərəfədə hansısa ciddi bir iş görməyiniz çətindir. Sonrakı müddətdə isə əksinə, aktivliyinizi artırmalısınız.
SUTÖKƏN - Ulduzlar ayın ən uğurlu və maraqlı günlərindən birini yaşayacağınızı bəyan edir. Bir tərəfdən şəxsi işlərinizdə müsbət dönüş baş verəcək, digər tərəfdənsə perspektivli təklif alacaqsınız.
BALIQLAR - Səbəbsiz narahatçılığınızı dəf etmək üçün yeni mühitdə, yeni insanlar arasında olmağınız məsləhətdir. Bu səbəbdən qonaq getməyə hazırlaşın. Səhhətinizə də fikir verin.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər