ABŞ-dan ermənilərə zərbə
9-11-2011, 07:05
Oxunub: 6 234
Sığorta şirkətləri yerli Məhkəmədən “soyqırım”çıların iddialarını əks etdirən qərarın ləğvini tələb edir
ABŞ Federal Andlılar Məhkəməsi 1915-ci il hadisələrində ölən ermənilərin mirasçılarının sığorta şirkətlərinə qarşı iddia qaldıra biləcəyinə dair hökmünü yenidən müzakirəyə çıxarır. Bolgexeber.com xəbər verir ki, bu barədə Amerika Federal Məhkəməsi məlumat yayıb.
Qeyd edək ki, San Fransisko 9-cu Andlılar Məhkəməsi Kaliforniya ştatında 11 il əvvəl qəbul edilmiş və 1915-ci il hadisələrində ölən ermənilərin mirasçılarına, sığorta şirkətlərinə qarşı iddia qaldırmaq haqqını tanıyan qətnaməni 2009-cu ildə rədd edərək, ermənilərin məhkəməyə çıxışlarına məhdudiyyət qoymuşdu. Ancaq keçən ilin dekabrında ani və nadir hallarda baş verən bir hadisə oldu və məhkəmə qərarını dəyişdi. Belə ki, Andlılar Məhkəməsi öz qərarının üzərindən xətt çəkərək, sığorta şirkətlərinin təzyiqi ilə indi bir daha geri addım ata bilər.
Bolgexeber.com bildirir ki, həmin sığorta şirkətləri məhkəmə qarşısında məsələ qaldıraraq, ermənilərin tələblərinin yerinə yetirilməsinin qanunazidd olduğunu bildiriblər. Vəkillərin hazırladığı yazılı müraciətdə vurğulanır ki, ABŞ-ın keçmiş prezidentləri Bill Klinton və Corc Buş 1915-ci il hadisələrini «soyqırım» olaraq qəbul etməyiblər. «Ştat parlamentinin qəbul etdiyi qanun ABŞ-ın xarici siyasəti ilə üst-üstə düşmür və ziddir. Ona görə də, məhkəmə bu qanunu ləğv etməlidir».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər