BolgeXeber.Com » Dünya » Ukraynada diaspor rəhbəri olan azərbaycanlı fermer güllələnib

Ukraynada diaspor rəhbəri olan azərbaycanlı fermer güllələnib

31-07-2014, 16:15
Oxunub: 4 741 “Ukraynanın Luqansk vilayətinin Azərbaycanlılar Konqresinin sədr müavini Telman Sədi oğlu Cəfərov müharibə gedən Luqansk yaxınlığındakı Kamenko kəndində 2000 baş xırda və iribuynuzlu mal-qaraya baxış keçirərkən separatçılar tərəfindən güllələnərək öldürülüb”.

Bu sözləri açıqlamasında Luqansk Azərbaycanlıları Konqresinin sədri Rasim Uğurluyev bildirib.

Onun sözlərinə görə, sözügedən 2 min baş mal-qara mərhum Telman Cəfərova məxsus olub:

“Hadisə baş verən vaxt Telman Cəfərov avtomobildə olub. Ehtimal olunur ki, atəş separatçıların idarə etdiyi “BTR” markalı hərbi texnikadan açılıb və güllə Telman Cəfərovun boyun nahiyəsindən dəyib. Hadisə baş verən vaxtı mal-qaranı otaran daha 3 nəfər də azərbaycanlı olub. Hələlik onların taleyi barədə heç bir məlumatım yoxdur”.

R.Uğurluyev deyib ki, hazırda Azərbaycanın Ukraynadakı səfirliyi baş verən hadisə ilə bağlı müvafiq işlər həyata keçirir:

“Digər azərbaycanlılarla bağlı məsələ səfirlik tərəfindən araşdırılır”.