BolgeXeber.Com » Dünya » Luqansk küçələrində savaş gedir – Son dəqiqə

Luqansk küçələrində savaş gedir – Son dəqiqə

16-08-2014, 09:50
Oxunub: 5 346 Hazırda Luqansk küçələrində qızğın savaş gedir.

Yerli sakinlər və ictimaiyyət nümayəndələri Luqansk mərkəzində küçə savaşının getdiyini bildiriblər. Onların sözlərinə görə, əgər günün birinci yarısında Ukrayna hərbçiləri vilayət xəstəxanasının binasını və digər mühüm məntəqələri nəzarətə götürmüşdülərsə, günortaya doğru separatçılar Ali Hərbi Aviasiya Məktəbinə və vağzal ətrafına nəzarəti bərpa etdilər.

“Silah səsləri şəhərin mərkəzində bir an da susmur. Ukrayna hərbçiləri hələ ki Luqanska sahiblənə bilmirlər”, - deyə sakinlər bildirib.

Xatırladaq ki, bu gün sübh çağından Ukrayna hərbçiləri Luqanskı terrorçulardan təmizləmə əməliyyatını həyata keçirir.