Vatikan bankının sabiq rəhbərlərinə dələduzluq ittihamı
7-12-2014, 17:40
Oxunub: 4 406
Qeyd olunan hər iki şəxsin bank hesablarına həbs qoyulub.
Vatikan Tribunalının müstəntiqləri Vatikan bankının (Dini İşlər İnstitutu) sabiq 2 rəhbəri barəsində cinayət işi qaldırıb. Bolgexeber.com məlumat verir ki, söhbət bankın keçmiş prezidenti Anjelo Kaloya və sabiq baş direktor Lelio Skalettidən gedir. Onlar 2001-2008-ci illərdə daşınmaz əmlakla bağlı qanunsuz əməliyyatlar aparmaqda şübhəli bilinirlər. Həmin dövrdə Dini İşlər İnstitutunun balansında 160 mln avro dəyərində olan obyektlərin satışa çıxarılıb.
Qeyd olunan iş üzrə cinayət məsuliyyətinə, həmçinin vəkil Qabriele Lyutso da cəlb olunub.Yuxarıda qeyd olunan hər iki şəxsin bank hesablarına həbs qoyulub. Pozuntular Dini İşlər İnstitutunda 2013-cü ildə Roma Papası 16-cı Benediktin göstərişi ilə aparılan yoxlamalar zamanı aşkarlanıb.
Onun xələfi Fransisk isə yoxlamaların genişləndirilməsinə dair göstəriş verib.İstintaq materiallarına əsasən, şübhəli şəxslər daşınmaz əmlakla bağlı yol verdikləri spekulyasiyalar nəticəsində, ümumilikdə, 50-60 mln avro əldə ediblər.
Qalan məbləğin tapılması üçün İtaliya və beynəlxalq maliyyə institutlarının yardımından istifadə etmək planlaşdırılır.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər