iPhone 6S və iPhone 7 hazırlanır - FOTO
14-12-2014, 20:10
Oxunub: 4 280
Apple gələn ilin baharında iPhone 6S, payızında isə iPhone 7-ni təqdim edəcək.
Cənubi Koreyanın Samsung korporasiyası ABŞ-ın Apple-nin sifarişi ilə iPhone 7 üçün A9 prosessorlarının istehsalına başlayıb.
Bolgexeber.com Mac Rumors-a istinadən bildirir ki, prosessordan yeni nəsil iPhone smartfonları və iPad planşetlərinin hazırlanmasında istifadə olunacaq.Electronic Times-ın məlumatına görə, prosessorlarla bağlı işlər Samsung-un ABŞ-ın Texas ştatında, Ostin şəhərində yerləşən zavodlarında aparılır.
Ekspertlərin fikrincə, zavodun məhz ABŞ ərazisində yerləşməsi Samsung-a bu sifarişi əldə etməyə imkan verib.
The Daily Mail bildirir ki, Apple gələn ilin baharında iPhone 6S, payızında isə iPhone 7-ni təqdim edəcək.A9 prosessorunun hazırlanmasında çiplər üçün nəzərdə tutulmuş 14 nanometrlik FinFET texnologiyasından istifadə olunacaq. Bu texnologiya çipin enerji istismarını 35 faiz azaldır, hesablama gücünü və sürətini isə 20 faiz artırır.
Belə çiplər 20 nanometrlik texnologiya ilə hazırlanan analoqlardan ölçü baxımından 15 faiz kiçikdir.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər