Türkiyədə dəhşətli qətlin üstü açıldı
24-12-2014, 11:30
Oxunub: 3 846
“Onu pis yola salacaqsınız” deyərək Elanın üstünə hücum çəkdi.
Bu il dekabrın 13-də Türkiyədə, Qaziosmanpaşada özəl xəstəxanalardan birinin qarşısına törədilmiş qətlin təfərrüatı məlum olub. Bolgexeber.com-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, həmin vaxt yaralı qadın xəstəxananın qarşısına yaxınlaşan ağ rəngli avtomobildən aşağı atılıb. Xəstəxanada reanimasiyaya yerləşdirilən qadının tapança ilə vurulduğu məlum olub. 23 yaşlı qadın vəziyyəti pis olduğundan başqa xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Qadının üzərində şəxsiyyətini müəyyən etməyə kömək edən hər hansı bir sənəd tapılmayıb. Qısa araşdırmadan sonra polis öldürülən qadının 23 yaşlı Yüksel Ela olduğunu müəyyən edib. Məlum olub ki, Yüksel Elanın mobil telefonunda öldürüldüyü gecə Azərbaycan vətəndaşı olan kişi S.B ilə danışıb.
Bu faktın üzə çıxmasından sonra polis S.B-nı saxlayıb. S.B verdiyi ifadəsində cinayət işinin açılmasına birbaşa təsir göstərəcək etiraflar edib. O, hadisə baş verən günü Yüksel Ela ilə birlikdə Sultanqazi qəsəbəsində qadın dostlarını götürməyə getdiklərini bildirib: “Ancaq qəfildən qadının əri qarşımıza çıxdı. O, dedi ki, arvadımı aparmağa gəlmisiniz? “Onu pis yola salacaqsınız” deyərək Elanın üstünə hücum çəkdi. Daha sonra da silahını çıxararaq Elaya atəş açıb qaçdı. Çox qorxmuşdum. Nə edəcəyimi bilmirdim. Onu xəstəxananın qarşısına qoyub oradan qaçdım”.
Polis bu ifadədən sonra şübhəli G.B-nin axtarışlarına başlayıb. Sultanqazi qəsəbəsində keçirilən əməliyyat zamanı G.B silahla polisə müqavimət göstərib. Lakin, nəticədə G.B ayağından vurularaq tutulub.
G.B polisə ifadə verməkdən imtina edib.[/
Bolgexeber.comsize]
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər