BolgeXeber.Com » Dünya » Halal mehmanxana açıldı

Halal mehmanxana açıldı

29-12-2014, 17:20
Oxunub: 4 007 Rusiyada ilk dəfə olaraq mehmanxanalar üçün “halal” standartı təsdiqlənib

Müvafiq “Mehmanxanalarda və digər qonaq yerləşdirilmə yerlərində halal xidmətlər” sənədi Rusiyanın Müftilər Şurasının saytında yerləşdirilib.

“Turizm və mehmanxana biznesinin iştirakçılarının “halal” sənayesinə artan marağı və Cənub-şərqi Asiya, Çin və digər müsəlman ölkələrindən olan turist axınlarının artmasını nəzərə alaraq, şeyx Ravil Qaynutdinin imzaladığı standart həm turistlər, həm də şirkətlər üçün olduqca vacibdir. “Halal” standartlarına uyğun mehmanxanalar ulduz sayına görə deyil, aypara sayına görə bölünəcək,” – Rusiyanın Müftilər Şurasının “Halal” standartını hazırlamış Beynəlxalq standartlaşdırma və sertifikatlaşdırma mərkəzinin direktoru Aydar Qazizov deyib.

“Halal” otaqlar şəriət normalarına uyğun olmalıdır. Hər bir otaqda Qibləyə istiqamət, Quran, namaz üçün xalça və dəstəmaz almaq üçün su qabı olacaq.