BolgeXeber.Com » Dünya » Ağdaşdan: “Məktəb acınacaqlı gündədir”

Ağdaşdan: “Məktəb acınacaqlı gündədir”

4-01-2015, 10:05
Oxunub: 4 649 Ağdaşın Yenicə kənd sakinləri orta məktəbin acınacaqlı vəziyyətdə olmasından şikayətçidir

Kənd sakinlərinin göndərdiyi şikayət məktubunda təhsil ocağının yenidənqurmaya ehtiyacı olduğu bildirilir. Məktəbin pəncərələrinə kordon vurulduğunu yazan yenicəlilər nə bir istilik sistemi, nə tədris üçün normal şərait olduğundan şikayətçidirlər. Onlar Maliyyə Nazirliyi və Təhsil Nazirliyindən məktəbin təmirinə dair müvafiq qərarlar qəbul edilməsini xahiş edirlər.

“Bizim övladlarımızın gələcəyi bu məktəbdə aldıqları təhsildən asılıdır. Onların isə bu gün dərs oxumağa adi şəraiti yoxdur. Qonşu kəndlərin məktəbləri bizə baxanda daha yaxşıdır. Uşaqlar qışın soyuğunda buz kimi otaqlarda dərs keçməli olurlar.

Biz bilirik ki, Mehriban xanım Əliyeva məktəblərin tikintisi, təhsilin inkişafına xüsusi diqqət ayırır. Yenicə kənd məktəbinin də yenidən qurulmasını xahiş edirik. Bu məktəbin müəllimləri, şagirdləri və onların valideynləri adından müraciət edirik ki, bizim məktəbə baxılsın”, - deyə sakinlər yazırlar.
axar.az