Baş redaktor prezidentdən polisə şikayət etdi
10-01-2015, 11:00
Oxunub: 3 976
Kadırov bildirib ki, baş redaktorun bu hərəkəti Rusiyada etnik zəmində qarşıdurmalara səbəb ola bilər
"Exo Moskvı" (Эхо Москвы) radiostansiyasının baş redaktoru Aleksey Venediktov Çeçenistan lideri Ramzan Kadırovdan hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirib. Venediktov bildirib ki, çeçen liderinin onun və radiostansiyanın ünvanına səsləndirdiyi fikirlər hədə doludur. "Mən Ramzan Kadırov tərəfindən səsləndirilən hədələrə çox ciddi şəkildə yanaşıram. Ona görə də yaxın günlərdə Rusiya hüquq-mühafizə orqanlarına müraciət edəcəm", deyə Venediktov bildirib.
O, Kadırovun ittihamlarını təkzib edib. Baş redaktor bildirib ki, "Exo Moskvı" radiostansiyası antiislam kampaniyası aparmır. Qeyd edək ki, Çeçenistan lideri Ramzan Kadırov "Exo Moskvı" radiostansiyasının baş redaktoru Aleksey Venediktovu müsəlmanları təhqir etməyə cəhddə günahlandırıb.
Kadırov bildirib ki, baş redaktorun bu hərəkəti Rusiyada etnik zəmində qarşıdurmalara səbəb ola bilər. ""Exo Moskvı" radiosunun rəhbəri Aleksey Venediktov Peyğəmbərin (s.a.s) karikaturasının kütləvi informasiya vasitələrində nəşr edilməsinin nə dərəcədə doğru olub-olmadığı barədə sorğu keçirir. Bu təxribat xarakteri daşıyır. Sorğu Rusiyada və dünyada yaşayan müsəlmanları təhqir edir, xaosa və qarşıdurmalara hesablanıb" , - deyə Kadırov İnstagram səhifəsində yazıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər