BolgeXeber.Com » Dünya » İraqda müharibə bitdi

İraqda müharibə bitdi

13-12-2011, 09:30
Oxunub: 5 640 Obama bu ay içində müharibənin başa çatacağını bəyan edib

ABŞ prezidenti Barak Obama İraqın baş naziri Nuri əl-Maliki ilə görüşündə açıqlama verib. Bolgexeber.com bildirir ki, Amerika prezidenti İraqda müharibənin başa çatdığını bəyan edib. Obama deyib ki, 9 ildən sonra İraqda həyata keçirdikləri müharibə bu ay içində sona çatır.

Obama daha sonra deyib ki, məqsədləri İraqda bir çox sahələri əhatə edən münasibətlərə sahib olmaqdır. «Bunun mümkün olacağını zaman içində görəcəyik. Müharibədən yorğun düşən İraqı bölgədə bir demokratiya modeli kimi görmək istəyirik. İstəyimiz İraqın uğur qazanmasıdır. Çünki uğur qazanmış və demokratik İraq bölgə üçün nümunə rolunu oynayacaq. Həm də İraq bütün bir dövlətdir və bir olması üçün əlimizdən gələnləri edəcəyik».

Analitiklər isə Obamanın bu açıqlaması ilə İraqda müharibənin bitəcəyini düşünmürlər. Onlar deyirlər ki, ABŞ ordusu İraqı tərk etsə də, müharibə davam edəcək. Analitiklərin rəyinə görə, 9 ildir tökülən qanlardan sonra meydana çıxan qüvvələr Bağdad hakimiyyətini sakit oturmaya qoymacayaqlar.