Hakimiyyət islamçıların əlinə keçir
14-12-2011, 11:20
Oxunub: 6 647
Bu gün Misirdə parlament seçkilərinin ikinci mərhələsi başlanıb.
Səsvermə ölkənin Giza, Şərqiyyə, İsmailiyyə, Manufiyyə, Süveyş, Buheyra, Bəni Sueyf, Asuan və Sohaq vilayətlərində keçiriləcək.
"Əl Misri əl Yəum"-un yaydığı məlumatda bildirilir ki, seçkilərin ilkin mərhələsinin nəticələrinə görə, "İhvan ül Müslimin" ("Müsəlman qardaşlar") hərəkatını təmsil edən Azadlıq və Ədalət Partiyası parlamentdəki 54 yerdən 36-nı qazanıb. Misirdəki sələfiləri təmsil edən "Ən Nur" partiyası isə 24 faiz səslə ikinci yerdədir.
İslamçılara rəqabət yaratmaq üçün birləşmiş liberal-demokratik partiyaların "Misir" bloku səslərin cəmi 13,3 faizini toplaya bilmişdi.
Seçkilərin ilk turunda fiaskoya uğramış liberal partiyalar ikinci mərhələdə uğur qazanacaqlarına ümid edirlər. Lakin onların şansları çox azdır, çünki ilk turda ölkənin nisbətən "dünyəvi" bölgələri - məsələn, İsgəndəriyyə və Qahirə - səs vermişdilər. Mühafizəkar əyalətlərdə isə islamçıların qələbə şansları daha yüksəkdir.
Misirdə parlament seçkiləri 3 mərhələdən ibarətdir. Hər mərhələdə ölkədəki 27 vilayətdən 9-unda səsvermə keçirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər