BolgeXeber.Com » Dünya » YouTube trilyonu ötdü

YouTube trilyonu ötdü

21-12-2011, 13:15
Oxunub: 4 975 Google şirkətinə məxsus YouTube videohostinqində 2011-ci ildə baxılan çarxların sayı trilyonu ötüb.

Bolgexeber.com-un məlumatına görə, Google-da bildirirlər ki, servisdən Yer kürəsinin hər sakininin istifadə edə bilməsi təxmin edilsə, adambaşına 140 baxılan çarx düşəcək. Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə YouTube-da baxılan videoların sayı 700 milyard təşkil etmişdi.
Şirkət 2011-ci ildə YouTube-un ən populyar çarx və kanallarının siyahısını da tərtib edib. Baxış sayına görə lider 14 yaşlı ABŞ müğənnisi Rebekka Blekin “Friday” mahnısı olub.
Xəbərlər lenti süjetləri kateqoriyasında birinci yeri Yaponiya sahillərinə yaxınlaşan sunami dalğalarının vertolyotdan çəkilən görüntüləri tutub.
Qeyd edək ki, YouTube videohostinqini 2005-ci ildə PayPal ödəniş sisteminin üç keçmiş əməkdaşı işə salıb. 2006-cı ilin noyabrında servisi Google şirkəti 1,65 milyard dollara alıb.