İkibaşlı uşaq doğuldu - FOTO
22-12-2011, 11:35
Oxunub: 8 730
Ananın dediyinə görə, Tanrıdan əkiz diləyirdi.
Braziliyanın şimalındakı Para ştatının Anahas şəhərində ikibaşlı uşaq doğulub. Körpənin anası, 25 yaşlı Mariya de Nazare övladının normal dünyaya gəlməyəcəyini doğuşdan cəmi bir neçə saat əvvəl bilib.
Bolgexeber.com "Diario Do Para"ya istinadən bildirir ki, qeyri-adi anomaliya barədə anaya ultrasəs müayinəsi zamanı məlumat veriblər. Həkimlər əvvəlcə qadının əkiz doğacağını düşünüblər. Lakin müayinə göstərib ki, qadının bətnində bir uşaq var. Uşağın iki başı və iki boynu, amma bir ürəyi, bir mədəsi və ağciyərləri var.
Belə situasiyada adi doğuş ana və uşaq üçün çox böyük risk olacağından həkimlər qeysər kəsimi əməliyyatına əl atıblar.
"Xəstəxanamızın bütün çatışmazlıqlarına rəğmən, ana və balasını xilas edə bildik. Uşağın tam sağlam olması da bizimçün xoş sürprizdir", - "Santa Casa" xəstəxanasının baş həkimi Neyla Dahas deyib.
Uşağın bir bədəni olsa da, onun başlarının ikisi də normal fəaliyyətdədir. Bu səbəbdən həkimlər cərrahiyyə əməliyyatına lüzum görmürlər. İkibaşlı uşağa Emmanuel Hesus adı verilib.
Ana isə Milad öncəsi Tanrıdan əkiz istədiyini deyib.
İlin əvvəlindən bəri Braziliyada artıq ikinci dəfədir ki, ikibaşlı uşaq doğulur. Üç ay əvvəl 28 yaşlı Sueli Ferreyra ikibaşlı övlad dünyaya gətirmiş, amma uşaq doğuşdan bir neçə saat sonra ölmüşdü.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər