BolgeXeber.Com » Dünya » Facebook-da yeni dəyişikliklər olacaq- VİDEO

Facebook-da yeni dəyişikliklər olacaq- VİDEO

22-12-2011, 13:10
Oxunub: 4 203 Dünyanın ən böyük sosial şəbəkəsi Facebook-un İrlandiyanın paytaxtı Dublində yerləşən mərkəzi ofisi önəmli qərar qəbul edib.

Bolgexeber.com "Gizmodo"ya istinadən bildirir ki, İrlandiya Məlumat və İnformasiyalara Nəzarət Komissiyasının hazırladığı geniş hesabatda Facebook-un istifadəçilər barədə məlumatlar və informasiyalardan öz maraqlarının təminatı üçün geniş istifadə etdiyi vurğulanıb.

Bundan başqa, sosial şəbəkə istifadəçilərinin xəbəri və razılığı olmadan onlar barədə anket bilgilərinin reklam şirkətlərinə ötürülməsi, habelə istifadəçinin icazəsi olmadan onun adının fotoşəkillərə "əlavə" edilməsi qanunsuzluq sayılıb.

Facebook rəhbərliyi hesabatla bağlı olaraq mövqeyini açıqlayarkən bəyan edib ki, sadalanan nöqsanlar yaxın 6 ay ərzində aradan qaldırılacaq.