İsraildən İrana "tərs şillə"
2-01-2012, 18:00
Oxunub: 5 545
İranın raket sınaqlarına İsrail dərhal cavab verib.
Bu gün İsraildə "Hes-3" antiraket sisteminin ilkin sınaqlarına hazırlıq başlanıb. Bolgexeber.com "Reshet Bet"ə istinadən bildirir ki, sınaqların məqsədi "Hes-3" sisteminin sürət və manevr qabiliyyətini daha da artırmaqdır.
İlkin sınaqlarda ABŞ-ın Müdafiə Nazirliyi və layihədə iştirak edən "Boeing" korporasiyasının nümayəndələri iştirak edirlər. "Hes" layihəsinə Yair Ramati başçılıq edir.
"Hes-3" antiraket batareyaları İsrailin raketlərə qarşı çoxpilləli müdafiə sisteminin "üst qatı" olmalıdır. Onlar İsrailə buraxılmış ballistik raketləri "Hes-2" antiraketləri ilə müqayisədə daha tez, atmosferin üst qatlarında məhv edə biləcək.
"Hes-3" antiraketləri əvvəlki sistemdəki raketlərlə müqayisədə yüngül olduğundan, gəmilərdə də yerləşdirilə bilər. Onların hədəfi vurma dəqiqliyi 99 faizdir. Üstəlik, "Hes-3"dən kosmosdakı kəşfiyyat-casus peyklərinə qarşı da istifadə etmək olar.
"Hes-3" raketləri 2013-cü ildə döyüş növbəsinə durmalıdır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər