BolgeXeber.Com » Dünya » Türkiyədə “Erməni Soyqırımı var deyənlər cəzalandırılsın” kampaniyası başlayıb
Türkiyədə “Erməni Soyqırımı var deyənlər cəzalandırılsın” kampaniyası başlayıb
2-01-2012, 18:10
Oxunub: 5 342
Türkiyədə “Erməni Soyqırımı var deyənlər cəzalandırılsın” kampaniyası başlayıb
Bununla bağlı Türkiyə Respublikası prezidentinə və Türkiyə Respublkikası baş nazirinə, Türkiyə Böyük Millət Məclisinə müraciət olunacaq.
Bu haqda xəbəri Bolgexeber.com-a kampaniyanın təşkilatçısı, Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin üzvü, İqtisadiyyat doktoru Asif Qurban bildirib.
“Bu günlərdə Fransa parlamentinin erməni soyqırımı ilə bağlı qəbul etdiyi qərar hamımızı hiddətləndirməklə yanaşı, artıq buna son deməyin zamanıdır. Fransanın Türkiyənin daxili işlərinə qarışması yolverilməzdir. Dünyanın əsl həqiqətləri görməsinə çağırırıq və Ermənistan tərəfidən Xocalıda, Qarabağda baş verən soyqırımları tanımağa dəvət edirik. XX əsrin əvvəllərində ermənilər tərəfindən Anadolu və Azərbaycanda yüz minlərlə insanın qətlə yetirilməsi faktı gözdən qaçmamalıdır.
İlk öncə Türkiyədə dövlət səviyyəsində “Erməni Soyqırımı Var Deyənlər Cəzalandırmalıdır” qanunu qəbul edilməlidir”,- deyə, Dr. Asif Qurban bildirib.
Bu sözü işlədənlər ya 18 ay həbs cəzası, ya da 10000 TL pul cəzası ilə cəzalandırıla bilər. Bu pulun gələcəkdə şəhid ailələrinə xərclənməsi də mümkündür.
Kampaniya üzvü olmaq istəyənlər http://www.ermeni-soykirimi-var-diyen-cezalansin.org/ saytına daxil ola bilərlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər