Emin Ağalarov boşanmanın əsl səbəbini açıqladı
11-08-2015, 09:28
Oxunub: 4 977
Müğənni və iş adamı Emin Ağalarov Leyla Əliyeva ilə boşanmasının əsl səbəbini Rusiya mətbuatına açıqlayıb
Bolgexeber.com virtualaz.org saytına istinadən xəbər verir ki, Emin “Hello!” jurnalına müsahibəsində deyib ki, boşanma hər kəsin azadlığının olmaması ilə əlaqəli idi.
Emin Ağalarov deyib ki, onlar boşanma haqda xüsusi olaraq sosial şəbəkələrdən elan etdilər: “Çünki bu, həyatı asanlaşdırır. Bir-birinə şəxsi xoşbəxtlik üçün şans vermək lazımdır. Bu, bizim hər ikimiz üçün ancaq mütləq azadlıq şərti ilə mümkün ola bilərdi. Əgər iki adam arasında şəxsi münasibətlər formalaşmayıbsa, ailə həyatını imitasiya etmək axmaqlıqdır. Daha yaxşısı boşanmaq, dostluğu saxlamaq, uşaqları böyütməkdir”.
Emin Ağalarovun sözlərinə görə, boşanma hər iki tərəfin arzusu ilə baş tutub: “Bizlərdən heç kim digərinə bunu təklif etməyib, heç kim bir-birini incitməyib, bir-birinə pis nəsə etməyib. İndi bizim münasibətlərimiz hətta nikah dövründə olduğundan yaxşıdır, çox əla münasibətlərimiz var”.
Onun dediyinə görə, uşaqlar üçün heç nə dəyişməyib: “Bizim məqsədimiz uşaqları birgə tərbiyə etmək və onların naminə hər şeyi etməkdir. Biz uşaqlarımızla çox fəxr edirik, onlar artıq üç dildə danışırlar, üç və dördrəqəmli ədədləri yadlarında saxlaya bilirlər”.
“Mən hazırda bilmirəm ki, yenidən kiməsə vurula bilərəm, ya yox, ancaq istənilən qadını bəyənə bilərəm” - müğənni əlavə edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər