Yeddi saat prezidentin gəlişini gözlədilər – 3 nəfər istidən öldü
27-08-2015, 14:36
Oxunub: 5 366
Türkmənistanda 10 nəfərdən çox adam ölkə prezidenti Qurbanqulu Berdımuhəmmədovun stadionda təşkil edilən təntənəli mərasimə gəlişini günün altında 7 saata yaxın gözlədikdən sonra xəstəxanaya yerləşdirilib
Biri uşaq olmaqla onlardan üçü ölüb.
Faciənin Ağqabaddakı “Kopetdağ” stadionun yenidənqurmadan sonrakı açılış mərasimində qeydə alındığı bildirilir. Həmin gün Türkmənistan paytaxtında havanın hərarəti 40 dərəcədən yuxarı olub.
İnsanları stadiona kütləvi şəkildə səhər saat 5-dən yığıblar.
Berdımuhəmmədov yalnız saat 11:45-də gəlib. Bu vaxt ərzində stadiona toplaşanlar arasında 4 yaşdan 15 yaşa qədər uşaqlar, eləcə də 70 yaşlı qocalar olub. Onlar ayaqüstə dayanaraq prezidenti gözləyiblər.
Məlumatda qeyd edilir ki, bu müddətdə onlara su içməyə, yeməyə, hətta ayaqyoluna belə getməyə imkan verilməyib.
7 saat ərzində 50 nəfər huşunu itirib, 5 uşaq və 9 yaşlı isə xəstəxanaya göndərilib, üçü orada həyatını itirib.
modern.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər