BolgeXeber.Com » Dünya » VİP-zəvvarların Həcc ziyarəti - FOTO

VİP-zəvvarların Həcc ziyarəti - FOTO

19-09-2015, 18:48
Oxunub: 3 824 VİP-zəvvarların Həcc ziyarəti - FOTOİndi dində belə yüksək təbəqə səviyyəli şərait əldə etmək mümkündür

Oxu.Az nur.kz-a istinadən “VİP-zəvvarların həcc ziyarəti” adlı məqaləni təqdim edir

Sentyabrın 20-dən bütün dünya müsəlmanları üçün Məkkə və Mədinəyə həcc ziyarəti başlayır.

Məkkə bütün müsəlmanlar üçün o qədər müqəddəs yerdir ki, başqa dinin nümayəndələri buraya buraxılmırlar. İslam ardıcılları Allahı ucaltmaq üçün Məkkəyə toplaşırlar. Həcc hər kəsin Allah qarşısında bərabər olduğunu nümayiş etdirən ayindir.

Lakin həqiqətdə hətta bu müqəddəs ayində belə bərabərsizlik ola bilər. Belə ki, bir neçə il öncə “VİP-həcc” termini yarandı. Artıq dində belə yüksək səviyyədə şərait əldə etmək olar. Adi həclə VİP-həcc arasındakı fərq həcc müddətindən başlayır. Belə ki, birinci halda bu müddət 20 gün, ikincidə isə cəmi yeddi gündür.

Turagentliklərdən birinin nümayəndəsi bildirir ki, adi həccə gedən insanlar bir müddət vəziyyətə, iqlimə uyğunlaşırlar. Həmçinin onları gözləyən dini ayinlər barədə məlumat alırlar.

Daha bahalı paketi seçənlər isə, bir qayda olaraq, daha əvvəl həcc ziyarətində olmuş şəxslərdir. Buna görə də, onlar məlumat əldə etməli olmurlar. Həcc isə gəldikdən demək olar ki dərhal sonra da başa çatır.

Əlbəttə ki, qiymətə ilk növbətə xidmətin keyfiyyəti və səviyyəsi təsir edir. Məsələn, VİP-zəvvar üçün çarter reysi ilə gedən 10 yerlik təyyarə icarəyə götürülür. Hava limanında zəvvarlara VİP-zonada olmaq imkanı təklif edilir. Buraya onlar adi zəvvarlardan fərqli olaraq avtobuslarda deyil. Xüsusi avtomobillərdə aparılırlar.

Bundan əlavə, əgər sərfəli qiymətə olan otellər Əl-Həram məscidindən 3 kilometr aralıda yerləşirsə, VİP-zəvvarların qaldıqları daha bahalı otellər müqəddəs yerdən 50 metrlik məsafədə yerləşir.

Zənginı zəvvarlar 120 kvadrat metrlik Kəbə və şəhər mənzərəli prezident nömrələrində qalırlar. Məsələn, “Raffles Makkah Palace” belə otellərdəndir. Burada prezident nömrələrinin bir gecəlik qiyməti təxminən 670 dollar, kral nömrələri isə təxminən 2200 ABŞ dollarıdır.

Zəvvarlara həcc zamanı xarici görünüşünə baxmaq qadağan edilsə də, oteldə spa-salonlar, hamamlar, idman zalları mövcuddur.

Rahat uçuş və yaxşı otellə yanaşı VİP-zəvvarlar adi zəvvarlarla müqayisədə başqa üstünlüklərə də malikdirlər.

Həcc zamanı Mina vadisində olarkən zəvvarlar kiçik çadırlarda qalır.

Əgər adi çadırlarda demək olar ki, heç nə olmursa, yəni tualet küçədə yerləşir və burada yemək nəzərdə tutulmayıbsa, VİP- zəvvarların çadırlarında divan, tualet yerləşir və burada “isveç masası” tipində üç dəfə yemək nəzərdə tutulur.

Bu kimi üstünlüklər Ərafat dağında olarkən də özünü göstərir. Bahalı paketə kondisionerli xüsusi konteynerlər və yenə də yemək daxildir. Bundan əlavə, bir çox turagentliklər VİP-zəvvarlar üçün bələdçi kimi hədiyyə xidmətlər də təqdim edirlər.

İndi isə qiymətlərə nəzər salaq. Əgər adi həcc 4000 dollar təşkil edirsə, VİP həcc 15 000 -30 000 dollara başa gəlir. Beləliklə, paketin qiymətindən asılı olaraq otel və otel nömrəsinin sinfi dəyişir. Həmçinin uçuş da müntəzəm reyslərlə ekonom və ya biznes sinfində mümkündür.
Bolgexeber.com
VİP-zəvvarların Həcc ziyarəti - FOTO
VİP-zəvvarların Həcc ziyarəti - FOTO
VİP-zəvvarların Həcc ziyarəti - FOTO
VİP-zəvvarların Həcc ziyarəti - FOTO
VİP-zəvvarların Həcc ziyarəti - FOTO
VİP-zəvvarların Həcc ziyarəti - FOTO