BolgeXeber.Com » Dünya » Pulu yatmaqla qazandı - Şərtlər(FOTO)

Pulu yatmaqla qazandı - Şərtlər(FOTO)

28-09-2015, 15:38
Oxunub: 2 870 Pulu yatmaqla qazandı - Şərtlər(FOTO)Bütün gün yatıb sonra pul qazanmaq bir çox insanın imkansız arzusu olsa da, Drev İvanicki bu arzusunu yerinə yetirə bilib

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, NASA yeni bir layihəsi (“CFT 70 (Countermeasure and Functional Testing in Head-Down Tilt Bed Rest Study)”) üçün könüllü olan şəxsə 18 min dollar verəcəyini bildirib. Layihədə könüllü olan şəxslərin sadəcə bir vəzifəsi var: 70 gün boyunca yatmaq. NASA-nın 3 ildir ki, davam edən bu layihəsinin məqsədi kosmosda hərəkətsizliyinin insan bədəninin sümük və əzələ sisteminə necə təsir etdiyini araşdırmaqdır. Könüllünün dediyinə görə keçən il göndərdiyi ərizə işsiz qaldığı bir zamanda köməyinə yetib: “Layihəyə müraciət etdiyim gündən xeyli vaxt keçmişdi. Artıq ümidimi itirmişdim. Bundan başqa işimi də itirib nə edəcəm deyə fikirləşirdim ki, layihəyə müraciət edən 25 min nəfər içərisindən seçilən 55 könüllüdən biri olduğumu öyrəndim. İlk 5 gün çox çətin keçdi. Qan dövranım düzgün hərəkət edə bilmədiyi üçün tez-tez güclü baş ağrılarım olurdu. Bütün gün yataqda olmağıma baxmayaraq hər gün 22:00-da yatıb səhər 6-da oyanmaq məcburiyyətində idim”.

Onun üçün hazırlanmış xüsusi plastik yataqda yuyunan könüllü sadəcə bu müddət ərzində izlənmədiyini bildirib. Əlavə kimləsə görüşməyi qadağan olduğu üçün sevgilisini də bir neçə dəqiqələlik görə bilib. Ancaq bu zaman ərzində İvanickinin puldan başqa qazandığı başqa şeylər də olub. Hüquq təhsili üçün universitetə hazırlaşıb, çoxlu kitab oxuyub və film izləyib.

Layihənin sonunda Drev İvanicki 18 min dollar almalı olsa da, tələb olunan formada yatmadığı hər saat üçün 10 dollar ödəyib və Drevin 70 gün sonunda qazancı 5 min dollar olub. Beləliklə, bütün çətinliklərə baxmayaraq Drev könüllülük vəzifəsini layiqincə yerinə yetirərək 55 nəfərdən layihəni tamamlaya bilən yeganə könüllü ola bilib.
Bolgexeber.com
Pulu yatmaqla qazandı - Şərtlər(FOTO)
Pulu yatmaqla qazandı - Şərtlər(FOTO)
Pulu yatmaqla qazandı - Şərtlər(FOTO)
Pulu yatmaqla qazandı - Şərtlər(FOTO)
Pulu yatmaqla qazandı - Şərtlər(FOTO)
Pulu yatmaqla qazandı - Şərtlər(FOTO)