BolgeXeber.Com » Dünya » 100 il sonra bizi nə gözləyir?

100 il sonra bizi nə gözləyir?

13-04-2012, 02:35
Oxunub: 5 046 Maraqlı olan nədir?

Texnoloji inkişaf göstərir ki, 100 il sonra 2112-ci ildə bitkilər qara, avtomobillər tarixə çevriləcək. Elektrik stansiyaları isə kosmosa köçürüləcək. “BBC Focus” jurnalı 100 il sonrakı dünyanı təsvir etdi. Beləliklə, 2112-ci ildə insanlığın oyanacağı dünya təxminən belə olacaq:
- Dənizə yaxın şəhərlərin bir hissəsi su altında qalacaq, amma vəziyyət gözlənildiyi qədər pis deyil. Çünki geo-mühəndislər okean üzərində süni ağ şarlar şişirdərək, isti hava kütlələri atmosferə təsir edəcək. Bunun sayəsində Grönland kimi böyük buz kütlələrinin əriməsi dayanacaq.

- Bir çox şəhərdə elektrik stansiyaları daha yüksəkdə inşa ediləcək. Mövcud binaların təməlləri bərkidiləcək.
- Küçədə gedərkən istifadə edəcəyimiz xüsusi eynəklər sayəsində bəzi məlumatlar görəcəksiniz.
- İşə getmək tarixə çevriləcək. Məlumat texnologiyasının və transferinin irəliləməsi ilə iş yerləri insanların yanına gələcək, onlar evlərində oturaraq iclasda iştirak edə biləcəklər.
- Enerji ehtiyacı yenə olacaq, lakin hər ev enerji istehsalı mərkəzimnə çevriləcək.
Yerinə və mövqeyinə görə evlərin üstündə günəş paneli, ya da külək tribunası olacaq. Sərf edilən enerji orbitdəki stansiyalarda yığılaraq yenidən dünyaya paylanacaq.
- Doğuma nəzarət sayəsində əhali azalacaq. Genetikası pozulan qidalar və aclıq hissi də tarixə çevriləcək. Qütbdə kartof yetişdiriləcək, bitkilərin yarpaq strukturları dəyişdirilərək fotosintezə təsirli hala gətiriləcək. Hətta bəzi bitkilər Günəşdən faydalana bilmək üçün yaşıl yerinə qara rəngdə yetişdiriləcək.
Yeni nəqliyyat sistemləri inkişaf etdiriləcək. Məsələn, hidrogenlə işləyən kapsullar sizi evinizin qarşısından götürüb əsas yola çıxaracaq.