BolgeXeber.Com » Dünya » Putinin kürəkəni 18 aya necə milyarder oldu - ARAŞDIRMA

Putinin kürəkəni 18 aya necə milyarder oldu - ARAŞDIRMA

18-12-2015, 15:26
Oxunub: 4 175 Putinin kürəkəni 18 aya necə milyarder oldu - ARAŞDIRMA“Reuters” agentliyi Rusiya prezidenti Vladimir Putinin kürəkəni barədə sensasiyalı araşdırma dərc edib

Modern.az agentliyə istinadən xəbər verir ki, “Yoldaşlıq kapitalizmi: adam Putinin qızı ilə evlənib, sonra varlanıb” adlı yazıda söhbət Kiril Şamalovdan gedir.
“Reuters” iddia edir ki, Kiril Şamalov və çoxsaylı mənbələrin Putinin qızı kimi qələmə verdiyi Yekaterina Tixonova 2013-cü ilin fevralında Leninqrad vilayətinin “İqora” adlı qış kurort mərkəzində ailə həyatı qurub. Peterburqdan 1 saatlıq məsafədə yerləşən mərkəz Putinin köhnə dosltarından olan Yuri Kovalçuka məxsusdur.
“Evlənənlər Putinin kiçik qızı Yekaterina və onun köhnə dostu Niklolya Şamalovun oğlu idi.
Prezident qızı mirvari ilə bəzədilən uzun gəlinlikdə, bəy isə qara paltoda idi. Onlar “İqora” mərkəzinə 3 ağ atın qoşulduğu faytonda gəliblər”.
Məlumatı toyda iştirak edən 5 şəxs və elit istirahət mərkəzinin işçiləri də agentliyə təsdiqləyiblər. Lakin “Reuters” toyda iştirak edən 100 nəfər qonağın adını müəyyən edə biləmyib. Mərkəzin işçiləri hər yerdə təhlükəsizlik tədbirlərinin görüldüyünü və hətta qonaqlardan telefonları zalın girişində təhvil verməli olduqlarını deyib. Toydan keçən 18 ay ərzində “Ozero” kooperativinin təsisçilərindən sayılan Nikolay Şamalovun oğlu bazar qiyməti 2,85 milyard dollar olan “Sibur” şirkətində pay sahibi olub. O, həmin səhmləri Putinin şəxsi dostu sayılan biznesmen Qennadi Timçenkodan alıb.
Dekabrın 17-də Putinin mətbuat konfransının başa çatması ilə paralel Çinin “Sinopec” şirkəti “Sibur” şirkətinin 10 faizlik səhmlərini satın aldı. Maraqlıdır ki, şirkət “Sibur”un dəyərinin daha baha - 13,4 milyard dollara qiymətləndirib.
“Reuters” Kiril Şamalovun 2013-cü ilin yayında Putinə ən yaxın biznesmenlərdən sayılan Qennadi Timçenkodan “Sibur”un dəyəri 1,3 milyard dollar olan 17 faizlik səhmini satın aldığını yazır.
26 yaşlı Şamalov “Sibur”un biznesə dəstək şöbəsinin vitse-prezidenti vəzifəsini tutur. 2008-ci ildə şirkət dövlət orqanları ilə işləyə bilən mütəxəsisə ehtiyac duyurdu, həmin məqamda Şamalov işə götürülür. Hissə-hissə şirkətin səhmlərini alan biznesmen 2014-cü ilin payızında 4 faiz aksiyaya sahib idi.
Amma 2014-cü il sentyabrın əvvəllərində Timçenko ilə əldə edilən sövdələşmədən sonra “Sibur” rəsmən bəyan etdi ki, onun səhmlərinin 17 faizi “Yauza 12” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. “Yauza 12”nin təsisçisi isə Putinin kürəkəni Kiril Şamalov göstərilib. Hazırda “Siburun” 21,3 faizi Kiril Şamalovun, 50,2 faizii Leonid Mixelsonun və 15,3 faizi isə Qennadi Timçenkonun əlində cəmləşib. Sonradan “Kommersant” qəzetinə müsahibəsi zamanı Şamalov həmin maliyyə razılaşmalanını “Qazprombank”dan aldığı kreditlər hesabına gerçəkləşdirdiyini deyib.
“Reuters” nə “Sibur” şirkətinin, nə də Kiril Şamalovun biznes və toyla bağlı xəbərləri şərh etmək istəmədiyini bildirib.
Agentlik maliyyə hesabataları və Rusiyadakı mənbələri hesabına iddia edir ki, Yekaterina Tixonova və Kiril Şamalovun şəxsi sərvəti 2 milyard dollar təşkil edir.
Bolgexeber.com
Putinin kürəkəni 18 aya necə milyarder oldu - ARAŞDIRMA
Putinin kürəkəni 18 aya necə milyarder oldu - ARAŞDIRMA