Yeni ölümcül xəstəlik yayılır!
31-05-2012, 13:15
Oxunub: 6 169
Tropik xəstəlik olan "çaqas" artıq 10 milyona yaxın insanın həyatı üçün ciddi təhlükəyə çevrilib.
Əvvəllər Latın Amerikası ölkələrində, daha dəqiq olsaq, Boliviya və Kolumbiyada müşahidə olunan "çaqas" indi ABŞ və Kanadaya yayılıb.
Bolgexeber.com xarici mətbuata istinadən bildirir ki, "çaqas" və ya "American trypanosomiasis" adlanan xəstəliyi amerikalı alimlər "yeni QİÇS" adlandırırlar.
Xəstəlik infeksiondur və həşəratlar vasitəsilə yayılır. Xəstəliyin ştamının daşıyıcısı olan həşəratın dişlədiyi adamda eynən HİV-QİÇS virusunun simptomlarını təkrarlayan əlamətlər yaranır. Yoluxmadan sonrakı ilk günlərdə bədən hərarəti qalxır, ürəkbulanma, başgicəllənmə və qusma müşahidə olunur.
Sonra isə bədən temperaturu 40 dərəcəyədək artır, daxili qanaxmalar başlayır.
Boliviya, Kolumbiya, Braziliya, Venesualadan sonra Şimali Amerikaya yayılan "çaqas"a artıq Avropa və Asiya ölkələrində də yoluxurlar.
Hyuston şəhərindəki Beylor Tibb Kollecinin həkimlərinin dediklərinə görə, "çaqas"ın müalicəsi hazırda faktiki olaraq mümkün deyil.
"Çaqas"ya yoluxmanın ilkin mərhələsində təcili müalicə olmazsa, xəstəlik "sakitləşir" və bədəndə zahirən sezilməyərək yayılmağa başlayır.
İmmun sistemini sıradan çıxaran xəstəliyə tutulmuş adam adi soyuqdəymə və ya zökəmdən ölə bilir.
Xəstəliyin üçüncü və son mərhələsində isə bağırsaqlar və ürəyin içində yaşayıb böyüyən parazitlər şişir, orqanları böyüdərək dağıdır və xəstə ölür.
Monreal Universitetinin alimlərinin dediklərinə görə, "çaqas"a yoluxmuş adam ilk üç ay ərzində ciddi müalicə alarsa, ölümdən qurtula bilər.
ABŞ-dakı Merilend Universitetinin alimləri isə bildirirlər ki, təkamül nəzəriyyəsinin banisi Çarlz Darvinin də ölümünə səbəb onun Cənubi Amerikaya səyahəti zamanı "çaqas"ın "ulu babası" sayılan virusa yoluxması idi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər