BolgeXeber.Com » Dünya » Ana kef çəkdi, oğul öldü - Foto

Ana kef çəkdi, oğul öldü - Foto

13-06-2012, 12:20
Oxunub: 5 662 24 yaşlı qadın qonşuluqdakı kişi ilə şərab içərkən onun 1 yaşlı oğlu hamam otağında boğulurdu.


Oğlunun qışqırtılarını eşitməyən ana evə qayıdanda oğlu artıq boğularaq ölmüşdü.

"The Guardian" bildirir ki, İngiltərənin Surrey qraflığındakı Katerhem şəhərində yaşayan Daniella Rivzin məhkəmə prosesi başlayıb.

24 yaşlı Rivz əri işdə olarkən qonşuya gedib və qonşusu olan kişi ilə əylənməyə, şərab içib kef çəkməyə başlayıb.
Bu zaman isə onun evdə təkbaşına qalmış kiçik, 1 yaşlı oğlu hamam otağına girmişdi.

45 dəqiqə davam edən "kefçəkmə" mərasimindən qayıdan Daniella oğlunu vannada boğularaq ölmüş vəziyyətdə tapıb.

Gilford Kral Məhkəməsinin hakiminin qərarına görə, Rivz psixiatrik ekspertizadan və probasiyadan keçirilməlidir.

Milli.Az