Müəllimlərin maaşı cücələrlə ödəniləcək
12-05-2016, 11:42
Oxunub: 4 591
Özbəkistandakı Nukus şəhərinin hakimiyyəti büdcə vəsaitlərinin çatışmazlığı üzündən müəllimlərin məvaciblərini cücələrlə ödəmək qərarına gəlib
"Azadlıq Radiosu"na danışan müəllimlərdən biri vəziyyəti "rüsvayçı" kimi dəyərləndirib. Hərçənd ki, onun dediyinə görə bu, ilk hal deyil.
"Ötən il də maaşları kartof, kök və balqabaqla ödəyiblər. Bu il isə pul yerinə cücə verirlər. Bizə cücə lazım olsaydı, elə bazardan alardıq".
Başqa bir şəxs məvacib ödənilərkən cücələrin qiymətinin 2,5 ABŞ dollarından hesablandığını deyib ki, bu da bazar qiymətlərindən iki qat yuxarıdır.
Məsələ zarafatlara səbəb olub. "Bunda nə problem var ki? Naharda toyuq şorbası, günorta toyuq qızartması və axşam isə toyuq yeyərik. Heç olmasa vitamin alarıq".
Özbəkistanda media sərt nəzarət altındadır və xarici mətbuatla danışanlar adlarının çəkilməsini istəmirlər.
Ölkə uzun illərdir ki, nağd pulun çatışmazlığından əziyyət çəkir.
Məlumata əsasən, dövlət rəsmiləri iki aydır ki, maaş ala bilmədiyindən şikayət edirlər.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər