Serj Sarkisyan Ağdamdan hədə-qorxu gəldi
14-11-2010, 19:00
Oxunub: 7 538
“Bu dəfəki zərbə sarsıdıcı və sonuncu olacaq”
“Erməni tərəfi birinci hücum etmək niyyətində deyil. Amma lazım gəlsə, əks-həmlə sonuncu olacaq”. Ermənistan prezidenti Serj Sarkisyan başından böyük bu bəyanatla Azərbaycanın işğal olunmuş ərazilərində çıxış edib. Məlumatı “Azatutyun” radiostansiyası yayıb.
Qeyd edək ki, Serj Sarkisyan müdafiə naziri Seyran Ohanyanın müşayiəti ilə Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən təlimlərdə iştirak edib. İşğalçı ordunun Azərbaycan ərazilərindəki hərbi təlimləri noyabrın 1-də başlayıb və bu gün başa çatmalıdır. Təlimlər Ağdam yaxınlığında keçirilir. Ermənistan prezidenti və müdafiə naziri qoşunların təmas xəttində olublar və döyüş hazırlıqları ilə maraqlanıblar.
Serj Sarkisyan bildirib ki, hərbi təlimlər rəsmi Bakının müharibə bəyanatlarına cavabdır: “Döyüş şəraitinə maksimum yaxınlaşdırılan təlimlər başqaları üçün xəbərdarlıq olmalıdır. Birdən saat vursa, biz yalnız 1992-1994-cü illərdə baş verənləri təkrarlamayacağıq, problemi birdəfəlik həll edəcəyik”.
Xatırladaq ki, iki gün əvvəl cəbhə xəttinə Azərbaycan Prezidenti İlham Əliyev səfər etmişdi. O, Ağdam rayonunda bəyan etmişdi ki, Ermənistandan fərqli olaraq, Azərbaycanda əhali, iqtisadiyyat, hərbi güc artır: “Bu gün Azərbaycan Ordusu Ermənistan ordusundan qat-qat üstündür. Bunu biz bilirik. Ermənilər nə qədər deyirlər desinlər, onun mənası yoxdur. O ki qaldı hərbi potensiala, mən bunu heç vaxt danmamışam. Bu gün də açıq demək istəyirəm ki, biz ordu quruculuğu işlərimizi davam etdirəcəyik. Biz artıq peşəkar, mübariz ordu yaratmışıq, böyük sayda silah-sursat almışıq. İstənilən anda ordumuz öz sözünü deyəcəkdir. Biz istəmirik ki, müharibə olsun. Heç kim istəmir ki, müharibə olsun. Ancaq biz bu vəziyyətlə də heç vaxt barışmayacağıq. Ermənistan bilir və bilməlidir ki, səbrimizin də hüdudları var. Səbrimiz tükənməz deyil”. Dövlət başçısı onu da deyib ki, Azərbaycan ərazi bütövlüyünu bərpa edəcək, vətəndaşlar doğma dədə-baba torpaqlarına qaytarılacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər