Nazir deputatın qaşını yardı
19-11-2010, 15:10
Oxunub: 7 321

Ukraynanın Ali Radasında Vergi Məcəlləsinin ikinici oxunuşu zamanı insident baş verib
Ukrayna Ali Radasında Vergi Məcəlləsinin ikinici oxunuşda qəbulu zamanı Yuliya Timoşenko Blokunun deputatları ilə Regionlar Partiyasının nümayəndələri arasında insident baş verib.
Müxalifətçilər parlamentə içi qəpik dolu vedrə ilə gəliblər. Dəmir pullar və Vergi Məcəlləsinin nüsxələri hökumət nümayəndələrinin əyləşdiyi lojaya tərəf atıldıqda əlbəyaxa dava başlayıb. Məlumatlara görə, parlamentarilərdən bir neçəsi yüngül xəsarətlə canlarını xilas etsə də, maliyyə naziri Fyodr Yaroşenko deputat Dubovu yeni qəbul olunmuş Vergi Məcəlləsinin cildi ilə vuraraq qaşını yaralayıb.
Qeyd edək ki, son günlər əlavə və düzəlişlərin edildiyi Ukraynanın yeni Vergi Məcəlləsi əsas yığımların azaldılması və vergi qanunvericiliyinin sadələşdirilməsini nəzərdə tutur. Lakin bununla belə məcəllə kiçik və orta biznes üçün vahid verginin ləğvini nəzərdə tutur ki, bu da sahibkarların etirazına səbəb olub. Vergi Məcəlləsinin qəbuluna etiraz edən minlərlə iş adamı yenidən Ali Radanın binası qarşısına toplaşıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər