BolgeXeber.Com » Dünya » Google Rusiyada oğurlanan telefonu Göygöldə tapdı - Detektiv kimi olay + Fotolar
Google Rusiyada oğurlanan telefonu Göygöldə tapdı - Detektiv kimi olay + Fotolar
29-07-2016, 19:02
Oxunub: 5 478
Rusiyanın Sankt-Peterburq şəhərində oğurlanan telefon Azərbaycanda tapılıb
AzNews.az xəbər verir ki, bu barədə telefonu sahibi Vadim Voiçenko adlı şəxs sosial şəbəkədə yazıb. Voiçenko iddia edir ki, telefonunu 2 ay öncə taksi fəaliyyəti ilə məşğul olduğu zaman itirib. Uzun müddət axtarsa da, onu tapmağa müvəffəq olmayıb. Lakin telefonunun izinə düşən Vadim onun harada olduğuna dair məlumat əldə edib.
Belə ki, telefonun yeni sahibləri onun yaddaşında Vadimə məxsus emaili silməyi unudublar. Yeni fotolar çəkildikcə isə şəkillər Voiçenkonun email yaddaşına yüklənib. Bununla da Rusiya vətəndaşı telefonunun kimdə olduğunu müəyyən edib. Telefonda açıq qalan GPS vasitəsilə ilə Vadim Voiçenko ailənin harada yaşadığını müəyyən edib. Telefonu oğurlanan şəxs iddia edir ki, həmin ailə Azərbaycanın Göygöl rayonunda yerləşən Səmədli kəndində yaşayır.
Vadim paylaşım etdikdən sonra azərbaycanlı istifadəçilər ona telefonu tapmaq üçün yardım da təklif ediblər. Lakin Vadim telefondan əlini üzdüyünü, sadəcə maraq xatirinə paylaşım etdiyini bildirib.
Göygöldə yaşadığı iddia olunan ailənin fotolarını təqdim edirik:




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər