Rusiya İrana sonuncu şans verdi
10-08-2012, 11:20
Oxunub: 5 606

İslam ölkəsi Rusiyaya qarşı məhkəmə iddiasında imtina etməzsə...
Rusiya İrana xəbərdarlıq edib. İran S-300 zenit komplekslərinin tədarükü ilə bağlı Münsiflər məhkəməsində Rusiyaya qarşı qaldırdığı iddianı geri götürməzsə, Rusiya rəhbərliyi İranın nüvə proqramı ilə bağlı tutduğu mövqeni sərtləşdirə bilər. “Kommersant” bu qərarın Rusiya Federasiyası rəhbərliyinin qəbul etdiyini yazıb.
Mənbənin yazdığına görə, Rusiya rəhbərliyində Münsiflər məhkəməsində qaldırılan iddia ətrafında yaranan xoşagəlməz vəziyyət İranı yaxşılıq bilməz kimi göstərir. “Biz onları dəstəkləyirik, nüvə problemində konstruktiv mövqe tuturuq, onlar isə bizə belə hörmət edirlər”, - deyə mənbə bildirib.
Nəşrlə həmsöhbət olan adı çəkilməyən dövlət nümayəndəsi qeyd edib ki, Moskva əvvələr də Tehrana bu iddianın münasibətlərin inkişafına mane olacağını deyib, lakin bu sözlər “eşidilmədi”. Onun sözlərinə görə, İranın nüvə məsələsi ilə bağlı "altılığ"ın növbəti danışıqlarına qədər Rusiya öz mövqeyini bir daha İrana çatdırmağa çalışacaq. İranın etiraz cavabı verəcəyi təqdirdə, o dünya arenasında bu məsələsini təkbaşına həll etməli olacaq.
Xatırladaq ki, Rusiya ilə İran arasında S-300 raket zenit komplekslərinin tədarükü haqda razılaşma 2007-ci ildə imzalanıb. 800 milyon dollar dəyərində olan razılığın reallaşması mütəmadi olaraq texniki səbəblərə görə ləngiyirdi. Razılaşmanın icrasından imtina etdikdən sonra Rusiya Tehrandan aldığı 167 milyon dolları geri qaytarıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər