BolgeXeber.Com » Dünya » Baş nazir İrana hücumun vaxtını açıqladı

Baş nazir İrana hücumun vaxtını açıqladı

28-09-2012, 07:55
Oxunub: 5 650 Binyamin Netanyahu BMT tribunasından rəsmi Tehranı hədələdi

İsrailin baş naziri Binyamin Netanyahu BMT Baş Assambleyasındakı çıxışında bəyan edib ki, İranda nüvə silahının yaradılması ilə bağlı işlərin 90 faizdən artığı görülsə, beynəlxalq ictimaiyyət bu ölkəyə qarşı sərt tədbirlər görməli olacaq.
O, öz fikrini zala gətirdiyi plakatla izah edib. Plakatda bikford fitilli bomba şəkli çəkilib, bir qədər aşağıda isə 90% yazılmış xətt çəkilib. Barmağı ilə bombanın dar hissəsini göstərən Binyamin Netanyahu “Xətt buradan keçməlidir” deyib.
Qeyd edək ki, İsrailin baş naziri İrana qarşı sərt tədbirlərin tərəfdarı kimi tanınır. O, bir müddət əvvəl bəyan etmişdi ki, İranın nüvə silahı yaratmasına aylar qalıb. İndi Binyamin Netanyahu daha dəqiq vaxt göstərib - bir il.