BolgeXeber.Com » Dünya » Çayxanada dava düşdü

Çayxanada dava düşdü

4-10-2012, 07:40
Oxunub: 5 078 Qazaxıstanlı və hindistanlı fəhlələr Xəzərdə yerləşən adada bir-biri ilə dava edib

40 nəfərə yaxın qazax və hind fəhlələri Xəzərdə yerləşən D adasında bir-biri ilə dava edib. Məlumata görə, davaya səbəb çayxanada yaranan növbə olub.
Məlumatda deyilir ki, mübahisə “kofe-taym” zamanı yaranıb. Belə ki, iki fəhlənin növbədə durmaq üstündə sözləşməsi böyük bir davaya gətirib çıxarıb.
Artıq Atırau şəhər prokurorluğunda bununla bağlı iş qaldırılıb. Prokurorluğun yaydığı məlumatda deyilir ki, bu son 5 ildə fəhlələr arasında yaranan ilk belə mübahisədir.
“Qazaxıstanın Hindistanla çox gözəl dostluq münasibətləri var. Ümumlikdə isə kollektivin böyük hissəsi arada yaranan mübahisədən olduqca peşmandır”, - deyə prokurorluğun yaydığı məlumatda deyilir.