BolgeXeber.Com » Dünya » Türkiyə ordusu Suriyanı bombaladı

Türkiyə ordusu Suriyanı bombaladı

4-10-2012, 07:40
Oxunub: 5 366 Suriya-Türkiyə sərhədindəki insidentlə bağlı NATO Şurasının fövqəladə iclası çağırılıb

Türkiyə Silahlı Qüvvələri sərhəddəki insidentə cavab olaraq Suriya ərazisindəki mövqelərə zərbələr endirib. Faktı Türkiyə hökumətinin mətbuat xidməti təsdiqləyib.
“Suriya sərhədindəki ordu hissələri cavab veriblər. Radarla Suriyadakı hədəflərə artilleriya zərbələri endirilib, hədəflər məhv edilib”, - məlumatda deyilir. Məlumatda o da bildirilir ki, NATO Şurası Suriya-Türkiyə sərhədindəki insidentlə bağlı fövqəladə toplanı keçirəcək.
Qeyd edək ki, btən gün Suriya ərazisindən atılan artilleriya mərmiləri Türkiyə ərazisinə düşüb. Nəticədə Şanlıurfa vilayətinin Akçakale bölgəsində 5 nəfər ölüb, 8 adam xəsarət alıb.