BolgeXeber.Com » Dünya » İranın paytaxtına qoşun yeridilib!

İranın paytaxtına qoşun yeridilib!

4-10-2012, 14:10
Oxunub: 5 340 Tehranda fövqəladə vəziyyət elan olunub

İran paytaxtındakı kütləvi iğtişaşların genişlənərək şəhərin müxtəlif səmtlərinə yayılması İran hökumətini qəti tədbirlər görməyə məcbur edib. Məlumata görə, Tehrana ətraf vilayətlərdəki hərbi hissələrdən minlərlə əsgər gətirilib. Şəhər hüquq-mühafizə orqanlarının yatırmaqda aciz qaldığı kütləvi aksiyaları "SEPAH"ın və "Bəsic"in əsgərlərinin köməyi ilə dağıtmaq nəzərdə tutulur.
Avropa KİV-lərinin yaydığı xəbərlərdə şəhərin üç rayonunda toqquşmalar getdikcə güclənir. Mənuçöhr, Firdovsi və İslambuli istiqamətlərinə hökumət minlərlə əsgər göndərib.