BolgeXeber.Com » Dünya » 3 arvad alsan 4-cünü pulsuz verəcəklər...- Maraqlı şərtlər var (VİDEO)

3 arvad alsan 4-cünü pulsuz verəcəklər...- Maraqlı şərtlər var (VİDEO)

28-03-2017, 18:24
Oxunub: 4 057 3 arvad alsan 4-cünü pulsuz verəcəklər...- Maraqlı şərtlər var (VİDEO)Bu ölkədə Çoxarvadlılıq Akademiyası yaradıla bilər...

Kral Əbdül Əziz adına Universitetin müəlliməsi Xavazin Mirzə gözlənilməz təkliflə çıxış edib.

Moderator.az -ın xarici İslam saytlarına istinadla yaydığı xəbərdə belə deyilir.

Xanım alim Səudiyyə Ərəbistanında Çoxarvadlılıq Akademiyası yaratmaq ideyasını irəli sürüb. Onun layihəsinə görə, qurum kişilərin dərhal 3 arvadla evləndirilməsi ilə məşğul olacaq. Hər üç nikah bir ay ərzində bağlanmalıdır. Ərin yaşı 25-35 arasında olmalıdır. Ancaq bu üçlü nikahın əsas şərtlərindən biri gəlinlərin konkret xüsusiyyətlərə malik olmasındadır. Yəni birinci arvad boşanmış, ikinci arvad dul, üçüncü isə xeyli müddət ərə gedə bilməyən bakirə qız olmalıdır. Əgər kişi həmin üç qadınla normal ailə həyatı yaşaya biləcəksə, 10 ildən sonra arzu edəcəyi halda Akademiya ona 4-cü arvadı tam pulsuz şəkildə verə bilər.

Xanım doktor hesab edir ki, nikahın bu cür forması bir çox sosial problemləri həll edə bilər. Eyni zamanda bu, həftədə yalnız iki dəfə ərləri ilə bir yerdə olmaq istəyən, yəni ailənin onları ictimai həyatdan uzaqlaşdıracağını hesab edən işgüzar qadınlar üçün də rahat olar.