BolgeXeber.Com » Dünya » Ana borca görə uşağını satanda tutuldu

Ana borca görə uşağını satanda tutuldu

2-11-2012, 10:10
Oxunub: 5 964 Rusiyanın Volqoqrad şəhərində uşağını 30 min rubla satmaq istəyən 24 yaşlı ana həbs olunub.

Bolgexeber.com Rusiya KİV-nə istinadən bildirir ki, Özbəkistan vətəndaşı olan qadın 8 aylıq körpəsini potensial alıcıya verəndə yaxalanıb.

İstintaq zamanı Niora adlı qadın bildirib ki, təcili olaraq Özbəkistana qayıtmaq üçün ona pul gərəkdi.

"Fermasında çalışdığım adamdan pasportumu almaq üçün məndən 20 min rubl istəmişdi. 10 min rubl da evə yollanmaq üçün biletə gərəkdi. 8 aylıq oğlumu qonşu qadına satmaq qərarına gəldim", - özbəkistanlı ana deyib.

Heyrətlənmiş qonşu qadın da "razılaşıb" və dərhal polisə məlumat verib.
Faktla bağlı cinayət işi qaldırılıb, istintaq gedir.