Bu ölkənin insanları Ramazanda 22 saat oruc tutacaq
24-05-2017, 11:53
Oxunub: 9 457
İsveç, Norveç və İslandiyanın bəzi şəhərlərində müsəlmanlar ramazanda təxminən 22 saat oruc tutacaqlar
Bolgexeber.com “din.az”a istinadən xəbər verir ki, Skandinaviya ölkələrində yaşayan müsəlmanlar bu il ramazan ayı boyu ən uzun orucu tutacaqlar.
Stokholmda yerləşən, Türkiyənin Din İdarəsinin nəzdində olan Fitja məscidinin işçisi Cihat Kullay bildirib ki, ramazanın 15 və 20-si arasında İsveçin paytaxtı Stokholmda 20 saat 8 dəqiqə oruc tutacaqlar. İsveçin şimalındakı Kiruna və Norveçin Tromso şəhərlərində oruc tutma müddəti 22 saata yaxın olacaq.

İsveçdə 28 ildən bəri yaşayan 53 yaşlı sürücü Musa Karadağ səhər tezdən işə başladığına görə ramazanın onun üçün çox çətin keçdiyini qeyd edib. O “Səhər 04:00 və ya 05:00-da işə başlayıram. Səhərdən Yatsı namazını qılıb yatana qədər saat 23:30 olur. Buna görə də sahura çata bilmirəm” deyə bildirib.
Fitja məscidinin Qadınlar İcmasının rəhbəri Berrin Pektaş qadınların ramazan ayında toplu şəkildə iftar edəcəklərini bildirərək “Bununla yanaşı, məscidimizdə Quran oxunacaq, birlikdə təravih namazları qılacağıq. İnşallah bir və həmrəy şəkildə ramazana başlayacağıq” deyə qeyd edib.
Qeyd: Skandinaviya ölkəsi Şimal qütbünə yaxın olduğu və burda Günəşin çıxması ilə batması arasındakı saat fərqi nəzərə alınaraq orucun tutulma müddəti 22 saat hesablanıb.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər