Ramazanda spirtli içki satanlar cəzalandırılacaq
27-05-2017, 16:33
Oxunub: 4 861
İnquşetiya Xalq Məclisinin deputatları Ramazan və bir sıra bayram günlərində alkoqollu içki satılmasına məhdudiyyət qoyan qanun qəbul edib
Moderator.az xəbər verir ki, bu haqda respublika parlamentinin saytında məlumat verilib. Qanun yekdilliklə qəbul edilib. İnquşetiya rəhbəri Yunus-Bek Yevkurov tərəfindən təqdim edilmiş qanun layihəsində sözügedən qadağanı pozan ticarət obyektlərinin 4-50 min rubl arasında cərimələnməsi nəzərdə tutulub.
Beləliklə, alkoqol satışı Ramazan ayı boyu, ayrıca Ramazan bayramı günlərində, Beynəlxalq Uşaqları Müdafiə Günü və Bilik Günündə (1 sentyabr) qəti olaraq qadağan edilir.
Xatırladaq ki, İnquşetiyada ötən illər də Ramazan ayında və qeyd edilən günlərdə spirtli içki satışı qadağan edilsə də, cərimə nəzərdə tutulmurdu.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər