Bu “qəzəbli” bitkinin nə qədər xeyri varmış… - Sağlamlıq
3-06-2017, 08:45
Oxunub: 5 645
Gicitkən qədim zamanlardan faydalı müalicəvi bitki kimi tanınır. Həmçinin təzə gicitkən qiymətli qida məhsuldur
Teleqraf.com xəbər verir ki, yazda təzə gicitkəndən çox dadlı və faydalı şorba bişirmək, həmçinin salatlara, qutablara əlavə etmək, digər göyərtilərlə birlikdə qovurmaq olar.
Təzə gicitkən A və C vitamini ilə zəngindir. C vitamini immun sistemini möhkəmləndirir, damarların sağlamlığını və elastikliyini qoruyur, orqanizmi cavanlaşdırır.A vitamini isə dərinin vəziyyətinə müsbət təsir edir, görmə üçün faydalıdır.
Təzə gicitkən qanazlığını da aradan qaldırır. Bu ot qadınlarda güclü menstrual qanaxmaları azaldır, menstrual ağrılar zamanı kömək edir. Gicitkən orqanizmə əlavə güc verir, tonusu qaldırır, insanı özünü daha gümrah hiss edir.
Bağırsaqları təmizləyən gictikən şəkərli diabet xəstələri üçün də faydalıdır. Ondan hazırlanmış çay arıqlamağa kömək edir. Gicitkən çayı hazırlamaq üçün 2 xörək qaşığı doğranmış təzə gicitkəni 1 stəkan qaynar suda yarım saat ərzində dəmləyin, süzün və gün ərzində 2 dəfə (səhər və axşam) yeməkdən 20-30 dəqiqə əvvəl için.
Qanı qatı olan, varikoz xəstəliyi və yüxarı təzyiqdən əziyyət çəkənlərə təzə gicitkən ziyanlı ola bilər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər