Fələstin İsraili Azərbaycana şikayət etdi
16-11-2012, 14:25
Oxunub: 6 244
Elmar Məmmədyarov Fələstinin BMT-nin tamhüquqlu üzvü olması məsələsinin ölkəmiz tərəfindən dəstəkləndiyini bildirib
Noyabrın 15-də xarici işlər naziri Elmar Məmmədyarov Cibuti Respublikasında keçirilən İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının “Davamlı inkişaf üçün həmrəylik” adlı 39-cu sessiyası çərçivəsində Fələstin nümayəndə heyətinin başçısı Nabil Şaat ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bolgexeber.com-a verilən məlumata görə, görüşdə Nabil Şaat İsrailin son günlər Qəzza bölgəsinə hücumu və itkilər barədə məlumat verib, BMT Təhlükəsizlik Şurasının iclasının çağırıldığını və dünya ölkələrinin buna reaksiya verməli olduğunu bildirib.
Elmar Məmmədyarov baş vermiş hadisə ilə əlaqədar narahatçılığını ifadə edib və Fələstinin BMT-nin tamhüquqlu üzvü olması məsələsinin ölkəmiz tərəfindən dəstəkləndiyini bir daha qarşı tərəfin diqqətinə çatdırıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər